Müraciət qaydaları

Müraciət göndərmə qaydaları

İstedadam-a müraciət göndərməzdən əvvəl bu qaydalarla tanış olun.

Müraciət üçün əsas şərtlər

Video tələbləri

  • Video aydın və izlənilə bilən olmalıdır.
  • Səs keyfiyyəti mümkün qədər normal olmalıdır.
  • Video maksimum 100 MB həcmində ola bilər.
  • Qəbul edilən formatlar: MP4, MOV, AVI və MKV.
  • Videoda təhqir, zorakılıq, qanunsuz və ya etik olmayan məzmun olmamalıdır.

Şəkil tələbləri

  • Şəkil aydın və keyfiyyətli olmalıdır.
  • Qəbul edilən formatlar: JPG, JPEG, PNG və WEBP.
  • Şəkil maksimum 4 MB ola bilər.

Qiymətləndirmə prosesi

Müraciətlər İstedadam komandası tərəfindən nəzərdən keçirilir. Komanda müraciəti qəbul edə, rədd edə və ya əlavə məlumat üçün istifadəçi ilə əlaqə saxlaya bilər.

Rədd edilə biləcək müraciətlər

  • Saxta və ya natamam məlumatlarla göndərilən müraciətlər.
  • Başqasına aid foto və video ilə göndərilən müraciətlər.
  • Keyfiyyətsiz, açılmayan və ya uyğun olmayan video fayllar.
  • Platformanın məqsədinə uyğun olmayan müraciətlər.